Övladı serebral iflicdən əziyyət çəkənlərin nəzərinə (www.qafqazinfo.az)

636

Serebral iflic xəstəliyi olan uşaqların valideynlərinə dəstək məqsədilə hazırlanan yeni veb səhifə və mobil tətbiqin təqdimatı keçirilib.  

“Qafqazinfo” xəbər verir ki, ƏƏSMN-nin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanmış www.serebralders.az veb səhifəsi və mobil tətbiqi serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların valideynlərinə, onların bacarıqlarının artırılmasına, bu istiqamətdə elektron resurslardan istifadənin genişlənməsinə dəstək məqsədi daşıyır. 

Layihə çərçivəsində həmin valideynlər üçün evdə uşaqlarının reabilitasiyasına dəstək verə bilmələri üçün 7 istiqamət üzrə 50 videodərs hazırlanıb və www.serebralders.az veb səhifəsində və mobil tətbiqdə yerləşdirilib. Nevroloq, pediatr, fizioterapevt, psixoloq, loqoped və digər mütəxəssislərin iştirakı ilə hazırlanan bu videodərslərdə valideynlərə serebral iflici olan uşaqların fiziki və zehni inkişafı, onlara qayğı və qulluq, ilkin yardım üçün ev şəraitində görüləcək tədbirlərə dair bilik və bacarıqlar öyrədilir.

https://qafqazinfo.az/news/detail/ovladi-serebral-iflicden-eziyyet-cekenlerin-nezerine-video-382263