Serebral İflic ilə yanaşı olan digər tibbi problemlər hansılardı?

188

Psixoloji:

Əsəbilik, hərəkətlərindən məyusluq, ünsiyyətdə çətinliklər, diqqətin azlığı, narahatlıq, hiperaktivlik, uyğunlaşma problem, autistik davranışlar.

Dental:

Ağızdan tüpürcəyin axması, kariyes.

İnkişaf bacarıqlarında ləngimə:

Bir və ya bir neçə sahədə (sosial, nitq, düşünmə və problem həll etmə bacarıqlarında) ləngimə

Yuxu pozuntusu:

Ümumi narahatlıq, psixo-emosional və ağrı səbəbindən qaynaqlanan yuxu pozuntusu. Görmə qabiliyyəti zəif olan uşaqlarda gecə-gündüz rejimi dəyişə bilər (gündüz/gecə) ritmləri.

Qulaq-boğaz:

Təkrarlanan orta qulaq iltihabı. Keçirici sinir eşitmə itkisi.

Nevroloji:

Epilepsiya (qıcolmalar).

Oftalmoloji:

Göz sahə qüsurları və beyinin görmə pozğunluğu (göz görür, ətrafdan informasiyanı qəbul edir, lakin beyinbu məlumatı analiz edə bilmir).

Qidalanma:

Əmmə, çeynəmə və udma çətinliklər. Yavaş çəki artımı və ya həddindən artıq çəkinin olması. Q

Mədə-bağırsaq:

Qastroezofageal refluks (QOR), ezofagit, qəbizlik.

Öyrənmə/intellekt:

Öyrənmə və qavrama çətinlikləri.

Ortopedik:

Bud-çanaq oynağının subluksasiyası və ya dislokasiyası, əzələ gərginliyi nəticəsində yaranan kontrakturalar, təkrarlanan sınıqlar, aosteoporoz, oynaqlarda ağrı və skolioz (onurğa əyriliyi).

Tənəffüs orqanları:

Təkrarlanan infeksiyalar (bronxit, pnevmoniya)

Sensor:

Sensor şüurunun itirilməsi və ya həddindən artıq olan həssaslıq

Uroloji:

Sidik yollarının təkrarlanan infeksiyası (sistit, piyelonefrit və s.)