Layihə komandası

Kamran Salayev

Kamran Salayev 5 Yanvar 1979 – cu ildə Bakı şəhərində  doğulmuşdur. 1995 – ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və 2001– ci ildə oranı bitirib. 2001 – 2002 – ci illərdə Bakı şəhəri 2 saylı Psixiatrik Xəstəxanada rezidentura keçmişdir. O, 2002 – 2007 – ci illərdə Yaponiya Respublikasında Tohoku Universitetinin Tibb Məktəbində doktorantura təhsili almış və tibb üzrə fəlsəfə doktoru elmi adı almışdır. Həmçinin akademik fəaliyyət olaraq, 2003 – 2007 – ci illərdə Kohnan Neyro Cərrahiyyə Xəstəxanasında və 2006 – 2007 – ci illərdə Sendai city Hospitalın neonatal intensiv qayğı bölməsində çalışmışdır.

Kamran Salayev peşəkar həkimlik fəaliyyətinə 2007 – ci ildə Optimed Tibb Mərkəzində nevroloq olaraq başlamışdır. 2009 – cu ildən isə Mədinə Tibb Mərkəzinin direktoru olaraq fəaliyyətini davam etdirir. Kamran Salayev həmçinin akademik fəaliyyətini davam etdirir və 2008 – ci ildən indiyə qədər Azərbaycan Tibb Universitetinin Nevroloji Şöbəsində professor köməkçisi olaraq çalışır.

Kamran Salayev həmçinin, Robert Goodman – nın “The Strengths and Difficulties Questionnaire”, “The Development and Well-Being Assessment”, “The Strengths and Difficulties Questionnaire P2–4”, Judith A. Owens – nın “Children's Sleep Habits Questionnaire”, Sheila Eyberg – nın “Eyberg Child Behavior Inventory”, Diego A Morita – nın “The Pediatric Epilepsy Side Effects Questionnaire” vəsaitlərinin Azərbaycan dilinə tərcüməsini və uyğunlaşdırılmasını həyata keçirmişdir.

Kamran Salayev Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən maliyyələşdirilən “Məktəbəqədər uşaqlarda nitq pozuntuları”, “Məktəbəqədər uşaqlarda əqli problemlər” və “Məktəbəqədər uşaqlarda eşitmə pozuntuları” mövzularında tədqiqat aparmışdır.

Kamran Salayev “Epilepsiya üzrə Klinik Təlimat”, “Uşaq Epilepsiyasına dair Klinik Təlimat”, “Epilepsiya. Suallar & Cavablar” və “Uşaq Psixiatriyasında Meyarlar” adlı Kitab və Vəsaitlərin hazırlanmasını həyata keçirmişdir.

Kamran Salayev 2021 – ci ildən başlayaraq hal – hazırda Ortopediatri Tibb Mərkəzində nevroloq olaraq fəaliyyətini davam etdirir.

 

 

-->